İngiltərə Premyer Liqasında çempionluğa yaxın olan "Leyçester"in futbolçusu N`Qolo Kante "Arsenal"ın maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, London klubunun baş məşqçisi Arsen Venger fransız futbolçunu sərəncamında görmək istəyir.
"Arsenal" 25 yarımmüdafiəçinin transferini həll etmək üçün onun müqaviləsindəki xüsusi maddədən yararlanmaq niyyətindədi. Həmin maddəyə əsasən 25 milyon avro ödəniləcəyi halda "Leyçester" Kanteyə azad agent statusu verməlidi.
Qeyd edək ki, Kante ötən yay "Kan"dan "Leyçester"ə 9 milyon avroya transfer edilib. Bu il Fransa yığmasına dəvət almağa başlayan 25 yaşlı futbolçu klubunun heyətində 35 rəsmi oyuna çıxıb və 1 qol vurub.
Fanat.az