"Leyçester"in futbolçuları niyə bara buraxılmadı?

"Leyçester"in futbolçuları niyə bara buraxılmadı?

İngiltərə Premyer Liqasının lideri "Leyçester"in futbolçuları Denni Drinkouterin ad gününü qeyd etmək üçün gecə klubuna yollanıblar. Fanat.az xəbər verir ki, Andi Kinq, Matti Ceyms və Ben Hamer gecə klubuna buraxılmayıblar.

Futbolçular nə qədər israr etsə də, onların bütün cəhdləri boşa çıxıb. Maraqlıdı ki, həmin an "Tottenhem"də çıxış edən Huqo Loris, Erik Dier və Naser Şadli heç bir manesəsiz bara daxil olublar. 

Britaniya mətbuatında danışan barın mühafizəçisi isə bildirib ki, "Leyçester"in üzvləri özlərini barda intizamlı aparmılar. Onun sözlərinə görə, futbolçuların özünü barda aparma qabiliyyəti meydankı kimi deyil.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər