"Klubum məni buraxmasa, özümü zədələyəcəm" - Ulduz futbolçu

"Klubum məni buraxmasa, özümü zədələyəcəm" - Ulduz futbolçu

İngiltərənin "Vest Hem" klubunda çıxış edən Dimitri Payet maraqlı açıqlama verib. 29 yaşlı futbolçu özünü zədələyəcəyini bildirib.

Fransalı yarımmüdafiəçi bu addımı klubunun onu buraxmayacağı təqdirdə atacağını deyib. O, fikirlərini belə izah edib: "Əminəm ki, daha "Vest Hem" forması geyinməyəcəyəm. Məni buraxmasalar, çarpaz bağlarımı zədələyəcəyəm. İnsanam, gələcəyimi özümün seçmək hüququm var".

Qeyd edək ki, Dimitri Payet 2015-ci ilin yayından "Vest Hem"də çıxış edir. Onun sabiq komandası Fransa "Marsel"i futbolçu üçün 20 milyon avro təklif etsə də, İngiltərə təmsilçisinin rəhbərliyi bundan imtina edib. ("Report")

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər