"İtaliya "Qalatasaray"ın qisasını aldı" - Əfsanəvi alman futbolçu

"İtaliya "Qalatasaray"ın qisasını aldı" - Əfsanəvi alman futbolçu

Avropa çempionatının qrup mərhələsində İtaliya yığmasının İrlandiyaya məğlubiyyəti ciddi müzakirələrə səbəb olub. Fanat.az xəbər verir ki,  Almaniyanın əfsanəvi qapıçısı Oliver Kan da Türkiyə yığmasının ən yaxşı üçüncülər arasına düşməməsi üçün italyanların bilərəkdən məğlub olduğunu düşünür.

 

O, yerli mətbuata açıqlamasında İtaliya yığmasının baş məşqçisi Antonio Kontenin bu məğlubiyyətlə Türkiyədən qisasını aldığını söyləyib: "Konte "Yuventus”a rəhbərlik edəndə 2013-cü ildə Turin klubu "Qalatasaray”a yenilərək (0:1) Çempionlar Liqasının qrupunda qalmışdı. Məncə, həmin matç məşqçinin yadından çıxmayıb və Konte türklərdən o oyunun qisasını İrlandiyaya məğlub olaraq aldı. Buraxılan qola diqqət yetirin. Qapıçı qəsdən boşa çıxdı. İtaliya yığması sadəcə, qələbə qazanmaq istəmədi”.

 

Qeyd edək ki, Türkiyə millisi D qrupunu 3-cü pillədə başa vursa da, ən yaxşı 4 komanda arasına düşə bilməyib və Avropa çempionatı ilə vidalaşıb.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər