"İtaliya ilə mübarizə aparacağımıza şadıq" -Murat Yakın açıq futbol gözləyir

"İtaliya ilə mübarizə aparacağımıza şadıq" -Murat Yakın açıq futbol gözləyir

Avropa çempionatının 1/8 finalında bu gün İtaliya ilə üz-üzə gələcək İsveçrə millisinin baş məşqçisi Murat Yakın qitə birinciliyinin son qalibi ilə görüş barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, türk əsilli mütəxəssisin sözlərini UEFA-nın mətbuat xidməti belə çatdırıb:

"Penaltilər üzərində çalışmağa vaxtımız olub. Özümüz üçün müəyyən qeydlər aparmışıq. Amma bu, gərgin durumda penalti yerinə yetirməklə eyni deyil. Bizim əvvəlki turnirlərdə də oyunsonrası penaltilərdən istifadə təcrübəmiz var, ancaq ümid edirik ki, matçın taleyi oyunun gedişində həll olunacaq və biz qalib gələcəyik.

Burada olmaq üçün səylə çalışmışıq. İtaliya ilə mübarizə aparacağımıza şadıq. Fikrimcə, onlarla açıq futbol oynayacağıq. Kimin favorit olduğu ilə bağlı suala cavab vermək istəmirəm. Rəqibin taktikasından, temperamentindən, ustalıq səviyyəsindən xəbərdarıq. Bu, xüsusi oyun olacaq. Tətbiq etdiyim oyun sisteminə sadiq qalmalıyıq".

Nihat

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər