"İlin futbolçusu" adına 10 namizəd açıqlandı - SİYAHI

"İlin futbolçusu" adına 10 namizəd açıqlandı - SİYAHI
UEFA Avropada "İlin futbolçusu" mükafatına namizəd futbolçuların siyahısını açıqlayıb. Fanat.az xəbər verir ki, namizədlər siyahısında 10 futbolçu yer alıb.
Bu il 6-cı dəfə təqdim olunacaq mükafatın qalibi Avropa liqalarında forma geyinən futbolçular arasında ən yaxşı performansı göstərən oyunçu mükafatlandırılacaq.
İlk turda təqdim olunan namizədlərin sayı 55 ölkədən olan jurnalistlərin 10-a endirilib. Media təmsilçiləri ən yaxşı olduğunu düşündükləri 5 futbolçuya 1-dən 5-ə qədər səs verərək yekun siyahını müəyyənləşdiriblər.
Siyahıda Almaniyanın 3, Portuqaliyanın 2, Uels, İtaliya, Fransa, Argentina və Uruqvayın 1 futbolçusu yer alıb. Klublara gəlinə, "Real" siyahıda ən çox futbolçu ilə təmsmil olunub. Çempionlar Liqasının qalibinin 4 üzvü ən yaxşı olmağa namizəddi. "Barselona" və "Bavariya"nın 2, "Yuventus" və "Atletiko"nun 1 futbolçusu fərqlənib.
Qaret Beyl (Uels, Real)
Canluici Buffon (İtaliya, Yuventus)
Antoine Qrizmann (Fransa, Atletiko)
Toni Kroos (Almaniya, Real)
Lionel Messi (Argentina, Barselona)
Tomas Müller (Almaniya, Bavariya)
Manuel Noyer (Almaniya, Bavariya)
Pepe (Portuqaliya, Real)
Kriştiano Ronaldo (Portuqaliya, Real)
Luis Suares (Uruqvay, Barselona)
Qeyd edək ki, mükafata son 3 namizədin adı avqustun 5-də açıqlanacaq. Mükafatın qalibi isə avqustun 25-də keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində elan ediləcək.
Onu da qeyd edək ki, bundan əvvəl 5 dəfə təqdim olunan mükafatı 2011-2015-ci illərdə Lionel Messi, 2012-də Andres İnyesta, 2013-də Frank Riberi, 2014-də isə Kriştiano Ronaldo qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər