"İldə 70 oyun keçirən futbolçunun..." - Holand şikayətləndi

"İldə 70 oyun keçirən futbolçunun..." - Holand şikayətləndi

"Mançester Siti"nin hücumçusu Erlinq Holand sıx oyun qrafikindən şikayətlənib.

Fanat.Az xəbər verir ki, "The Independent" onun sözlərini belə çatdırıb:

"AÇ-2024-də futbolçuların nə dərəcədə yorğun olduqlarını hamımız gördük. Belə desək, üzlərindən futboldan doyduqları, bezdikləri sezilirdi.

Fikrimcə, yeni mövsümdə də belə olacaq. Ola bilsin ki, bu, başlanğıcda tam hiss edilməyəcək, amma belədir. Çoxları heç yaxşı istirahət də etməyiblər. Hər gün formada olmaq mümkün deyil. İldə 70 oyun keçirən futbolçunun formada olması çətin məsələdir".

Xatırladaq ki, ötən mövsüm müəyyən müddət zədəli olan Holand Norveç yığması və klubunda ümumilikdə 53 matça çıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər