"Hakim futbolçularımı təhqir edib" - Ağadadaş Həmidov

"Hakim futbolçularımı təhqir edib" - Ağadadaş Həmidov
Azərbaycan Premyer Liqasının 36-cı turunda "Rəvan"la qarşılaşan "Xəzər Lənkəran" rəqibi ilə bərabərə qalıb - 2:2. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Ağadadaş Həmidov oyunla bağlı fikirlərini səsləndirib:
"Bundan əvvəlki oyunlarda baxımlı futbol sərgiləsək də, nəticə yox idi. Ancaq bu gün sırf qələbəyə görə oynadıq. İmkanlarımızdan maksimum istifadə etmək istəyirdik. Qollar da vurduq. Nə deyəcəyimi bilmirəm. Hakim futbolçularımı təhqir edib. Futbolçu ağlaya-ağlaya yaxınlaşdı ki, hakim onu söyüb. Uzun müddətdi futboldayam. Komandanı meydandan çıxrmaq düz olmazdı. Belə bir addın atsaydıq, hamı bizi qınayacaqdı ki, cənublular canlı efirdə oyundan yarımçıq çıxdı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər