"Futbolçulara uduzmamaq hissini aşılamağa çalışırıq"

"Futbolçulara uduzmamaq hissini aşılamağa çalışırıq"
Ayxan Abbasov "İnter"lə oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Zirə”nin məşqçisi bunları deyib:
“Azərbaycan çempionatının ən yaxşı komandalarından birinə qarşı oynadıq. “İnter”in özünəməxsus oyun tərzi var. Sıx qrafikdə ardıcıl 3-cü oyunumuzu keçirdik. Əsas məqsəd bu ardıcıl 3 oyunda uduzmamaq idi ki, bunun öhdəsindən gəldik. Məqsədlərimizdən biri özümüzəməxsus oyun tərzi yaratmaqdı. Hər keçən tur bu işdə irəliləyiş olduğunu görürük. “İnter”ə qarşı oyunda da mübarizə apardıq, futbolçulara uduzmamaq hissini aşılamağa çalışırıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər