"Futbolçular yorğundu" - Zaur Svanadze

"Futbolçular yorğundu" - Zaur Svanadze
Premyer Liqanın XXXIV turunda “İnter” öz meydanında “Xəzər Lənkəran”ı qəbul etdi. Fanat.az xəbər verir ki, oyun paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə başa çatdı. 
Oyunsonrası mətbuat konfransında “İnter”in baş məşqçisi Zaur Savanadze fikirlərini bildirib:
- İlk hissədə yaxşı oynadıq. Hətta iki qol vurduq. İkinci hissədə komandada boşalma hiss olundu. Düşünürəm ki, futbolçular yorğundu. Amma ikinci hissədəki oyunun səbəblərini araşdıracağıq.
- “İnter”in autsayder komanda qarşısında gücsüz olmasının səbəbi nədir?
- Futbolçuların yorğunluğunu kubokdakı oyunla əlaqələndirərdim.
- Oyunun gedişində zədələnən İlkin Qırtımovun durumu necədi?
- Hələ ki, bundan məlumatımız yoxdu. 
- Rəhbərlik qarşısınıza çempionatı hansı pillədə başa vurmaq tapşırığı qoyub?
- Əlbəttə, mükafatlar uğrunda mübarizə aparırıq. Rəhbərlik qarşımıza bacardığımız qədər irəliləmək məqsədi qoyub. (Futbolinfo.az)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər