"Futbolçular Şahin Diniyevə inanır"

"Futbolçular Şahin Diniyevə inanır"
Litvalı qapıçı Tadas Simaitisin "Kəpəz"ə baxışa gəlməsi barədə xəbər vermişdik. Dünən "Şukura" ilə oyunda meydana çıxan qolkiper "Kapaz FC" səhifəsinə müsahibə verib.
- "Kəpəz" haqda nə deyə bilərsən?
- İlkin təəssüratım çox xoşdu. Deyə bilərəm ki, peşəkar kluba gəlmişəm. Kollektiv xüsusi ilə çox mehribandı. Hesab edirəm ki, bizi qarşıda çox gözəl mövsum gözləyir. Amma dahada əzmlə çalışmalıyıq.
- Necə fikirləşirsən, baxışdan uğurla keçə biləcəksən?
- Ümüd edirəm ki, hər şey mənim üçün uğurlu alınacaq.
- Şahin Diniyev haqqında nə deyə bilərsən?
- Çox yaxşı insan və yaxşı məşqçidi. Futbolçular ona inanır. Oyuna çox gözəl motivasiya edir. Çox istərdim ki, uzun müddət onunla işləyim.
- "Kəpəz" azarkeşləri haqqında nə deyə bilərsən? 
- Burda futbolçular mənə azarkeşlərin necə çılğın və tələbkar olduqlarını dedilər. Mən azarkeşlərimizlə görüşmək üçün səbirsizlənirəm. Və onlara söz verirəm ki, bütün oyunlarda son dəqiqəyə qədər mübarizə edəcəyik.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər