"Futbolçu olmasaydım, yəqin ki, qatil olardım. Çünki Braziliyanın ən təhlükəli məhəlləsi hesab olunan Favelada böyümüşəm. Küçələr silah və narkotiklə dolu idi. O həyatı işləmək və bu arxumu gerçəkləşdirmək üçün tərk etdim. Bəzən məşqlərdən qayıdanda bir yerdə böyüdüyüm insanların öldüyünü öyrənirdim. Gözəl olmayan bir həyatın içindən çıxmaq üçün futbola "hə" dedim". Fanat.az xəbər verir ki, bu sözləri Milan "İnter"inin futbolçusu Felipe Melo deyib.
"Pitbull" ləqəbli futbolçu bir televiziya kanalına müsahibəsində şəxsi həyatından danışıb: "Mənim üçün öncə Tanrı, sonra da ailəm var. "Hər uğurlu kişininin arxasında uğurlu bir qadın var" deyirlər. Mən hər uğurlu kişinin yanında uğurla qadın var deyirəm".
Çətin uşaqlıq dövrü yaşadığını və atasının ailəsini dolandırmaq üçün iki işdə çalışdığını bildirən Melo "Dəfələrlə səhər yeməyimi atamla böyüşdürdüyümü xatırlayıram. 10 yaşım olanda niyə bu qədər çətinlik çəkdiyimizi düşünürdüm. İndi o zamankı fədakarlıqlarıma daha çox dəyər verirəm, çünki mənə gəldiyim yerə nə qədər çətin çatdığımı görməyə kömək edir".
Fanat.az