"Fənərbaxça"nın baş məşqçisi Dik Advokat heyətlə bağlı radikal qərarlar verməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, holland mütəxəssisin "Bursaspor"a 0:1 hesablı məğlubiyyətdən sonra 3 futbolçunu əsas heyətdən uzaqlaşdırmaq qərarına gəldiyi iddia olunur.
Məlumata görə, Ozan Tufan, Jozef de Souza və Fernandao Advokatın qara siyahısına düşüb.
Fanat.Az