"Fənərbaxça"da inqilab: bu futbolçular gedir

"Fənərbaxça"da inqilab: bu futbolçular gedir

"Fənərbaxça" heyətdə əməlli-başlı dəyişiklik etmək qərarına gəlib.

Fanat.Az xəbər verir ki, Avropa Liqası ilə vidalaşan, Super Liqada  çempionluq yarışından uzaq düşən klubun rəhbərliyi müəyyən futbolçularla yollarını ayırmaq qərarına gəlib.

Belə ki, Emmanuel Emenike, Robin van Persi, Fernandao, Corc van der Viel, Aatif və Jozef de Souza yola salınacaq. Mussa Sov (Əl Əhli), Aleksandr Karavayev (Şaxtyor) və Fabiano (Portu) kimi kirayəyə götürülmüş oyunçular öz komandalarına geri göndəriləcək.

Simon Kyaer və Martin Skrtel isə yaxşı təklif olacağı halda satılacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər