"Fənərbaхça" Mussa Sovu Birləşmir Ərəb Əmirliklərinin "Əl Əhli" klubuna satıb. Fanat.az хəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, seneqallı futbolçunun transferi üçün qarşı tərəflə anlaşma əldə olunub. "Əl Əhli" bu transferə görə "Fənərbaхça"ya 16, futbolçunun özünə 1 milyon avro ödəyəcək.
Sov tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Türkiyəni tərk edib. O, bazar günü Aziz Yıldırımın dəvəti ilə İstanbula gələrək "Antalyaspor"la oyundan əvvəl azarkeşlərlə vidalaşacaq.
Qeyd edək ki, "Fənərbaхça" Sovu 2012-ci ildə "Lill"dən 10 milyon avroya almışdı. Seneqallı futbolçu Türkiyə klubunun heyətində 148 oyun keçirib və 60 qol vurub.
Fanat.az