"Cihadçılar bizi də öldürürlər" - Müsəlman futbolçu

"Cihadçılar bizi də öldürürlər" - Müsəlman futbolçu
"Tottenhem"in formasını geyinən Belçika millisinin müzvü Musa Dembele Brüsseldə baş verən terror aktları ilə bağlı danışıb. Fanat.az xəbər verir ki, atası malili, anası belçikalı olan müsəlman futbolçu bu aksiyaların İslamı ləkələməyə yönəldiyini bildirib.
Müsəlman olduğunu bildirən Dembele İslamın terrorla bir tutulmayacağını deyib: "Yaşananlar hər kəs üçün böyük bir xəyal qırıqlığı oldu. Hətta müsəlmanları daha çox məyus etdi. Bildiyim tək bir şey var, terrorçuların qazanmasına heç bir şəkildə izin verilməməlidi. Terrorçular müsəlman olduğunu iddia edə bilməz. Onlar dinimizə ləkə sürməyə çalışırlar və bu səbəbdən günahsız insanlara zərər verirlər. Hətta media belə İslamı olduğu kimi göstərmir. Müsəlmanların cihadçı təşkilatlarla bir tutulmaması vacibdi. Cihadçılar bizim də düşmənimizdi və bizi də öldürürlər. Onlarla bizi qarışdırmayın".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər