"Böyük oyun"da futbolçular arasında İNSİDENT

"Böyük oyun"da futbolçular arasında İNSİDENT

"Xəzər Lənkəran" və "Neftçi" arasında keçirilmiş Azərbaycan Kubokunun ilk 1/4 final matçında futbolçular arasında insident baş verib. Hadisə uzatma dəqiqələrində yaşanıb.

Top uğrunda mübarizə zamanı meydan sahiblərinin futbolçusu İbrahim Qədirzadənin təpiklə zərbəsi qonaqların yarımmüdafiəçisi Erik Ramosun sifətinə tuş gəlib. Buna etiraz edən paraqvaylı legioner "Xəzər Lənkəran"a Ukrayna "Dnepr"indən keçən Bayram Budaqovla kəllə-kəlləyə gəlib. Budaqovun başla vurduğu Ramos yerə yıxıldıqdan sonra münaqişə daha da böyüyüb. "Neftçi"nin qapıçısı Aqil Məmmədov meydanın mərkəzinə doğru gələrək, baş hakim Əliyar Ağayevə etiraz edib. Referi isə Budaqovla Məmmədova sarı vərəqə göstərib. Mübahisə hakimlər və bəzi aparıcı futbolçuların müdaxiləsindən sonra səngiyib.

Qeyd edək ki, görüş "Xəzər Lənkəran"ın qələbəsi ilə yekunlaşıb - 3:2.  ("Report")

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər