"Bursaspor"un futbolçusu millimizdən imtina etdi- SƏBƏB

"Bursaspor"un futbolçusu millimizdən imtina etdi- SƏBƏB

Türkiyənin “Bursaspor” klubunun və U-21 yığmamızın yarımmüdafiəçisi Ozancan Kökcü Azərbaycan millisindən imtina edib. Fanat.Az xəbər verir ki, bu barədə oyunçu özü "instaqram" səhifəsində yazıb.

 

"Bu an verdiyim qərarı sizinlə paylşamaq istəyirəm. Bildiyiniz kimi, bir türk vətəndaşı olaraq, irqimiz və qanımızdan olan Azərbaycan millisində oynadım. Bu formanı şərəflə daşıdım və daşımaqdan qürur duydum. Amma son zamanlar baş verən bəzi olaylar məni düşündürdü və belə bir qərar verdim. Düşünürəm ki, milli komandada oynayan futbolçular həmin ölkədə doğulan və özünü həmin məmləkətin vətəndaşı hiss edən şəxslər olmalıdı. Mən Azərbaycanda oynayan futbolçu dostlarıma qarşı hörmətsizlik etmək istəmirəm. Orda oynayan oyunçulara qarşı haqsızlıq etdiyimi düşündüyümə görə Azərbaycan millisindən getmək istəyirəm. Mənim əvəzimə oynayan dostlarıma ürəkdən uğurlar diləyirəm. Qəlbim sizinlədir!”

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər