"Borussiya"nın sabiq futbolçusuna 9 il iş kəsildi

"Borussiya"nın sabiq futbolçusuna 9 il iş kəsildi

Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunun sabiq futbolçusu Marselo Pletş 9 illiyə azadlıqdan məhrum edilib.

Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu ona məxsus şirkətin yük maşınında 854 preslənmiş bağlamada ümumilikdə 793 kq marixuana aşkar edilməsinə görə həbsxanaya göndərilib.

Pletş 2015-ci ilin noyabr ayında Braziliyada həbs edilib və məsələ üzrə istintaq araşdırması aparılıb.

Sabiq futbolçu ünvanına yönələn bütün ittihamları qəbul etmir, günahsız olduğunu iddia edir və məhkəmənin qərarından apellyasiya vermək niyyətindədir.

Xatırladaq ki, 40 yaşlı M.Pletş karyerası ərzində Almaniyanın "Borussiya" və "Kayzerslautern" kimi klublarında oynayıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər