"Borussiya"nın 2 futbolçusu millimizlə oyunlara çağırıldı

"Borussiya"nın 2 futbolçusu millimizlə oyunlara çağırıldı

Sloveniyanın 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Primoj Qlixa Azərbaycanla mayın 28 və 31-dəki yoxlama oyunları üçün heyəti açıqlayıb. Fanar.az xəbər verir ki, heyətdə 9 legioner var.

Qeyd edək ki, mayın 28-dəki görüş Sloveniyanın Nova Qoritsa, 3 gün sonrakı oyun isə Aydovşçina şəhərində keçiriləcək. Hər 2 oyun Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.  

Qapıçılar: Qreqor Zabret ("Suonsi Siti", İngiltərə), Emil Veliç ("Sent-Trüyden", Belçika).

Müdafiəçilər: Kenan Bayriç, Alyaj Krefl (hər ikisi "Olimpiya"), Yon Qorents Stankoviç ("Borussiya-2" Dortmund, Almaniya), Leo Eyup ("Krka"), Denis Şme ("Maribor"), Tilen Klemençiç ("Tselye"), Ben Qasser ("Slovan B", Slovakiya).

Yarımmüdafiəçilər: Dino Xotiç ("Krşko"), Aleks Pixler ("Zavrç"), Rudi Pojeq Vantsaş ("Tselye"), Nik Kapun ("Olimpiya"), Marko Kriviçiç ("Bolonya", İtaliya), Leo Ştulats ("Koper"), Jan Benediçiç ("Askoli", İtaliya), Mixa Kostanşek ("Krka").

Hücumçular: Jiqa Kastrevets ("Xetafe", İspaniya), Luka Zaxoviç ("Herenven", Hollandiya), Alen Ojbolt ("Borussiya-2" Dortmund, Almaniya), Qreqor Bayde ("Maribor"), Mitya Lotriç ("Rudar").

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər