"Borussiya"dan 19 yaşlı futbolçuya 25 milyon avro

"Borussiya"dan 19 yaşlı futbolçuya 25 milyon avro

"Borussiya" (Dortmund) braziliyalı futbolçuya elçi düşüb. Fanat.az xəbər verir ki, Almaniya təmsilçisi Braziliyanın "Santos" klubunda çıxış edən Qabrieli transfer etmək istəyir.

İddiaya görə, "Borussiya" bu transfer üçün 25 milyon avrodan keçməyə hazırdı. Onunla "Real" və "Barselona"nın da maraqlandığı deyilir.

Qeyd edək ki, tam adı Qabriel Barbosa Almeyda olan 19 yaşlı futbolçu Qabiqol ləqəbi ilə tanınır. Gənc hücumçu 2013-cü ildə yüksəldiyi "Santos"un əsas heyətində 139 oyun keçirib və 49 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər