Türkiyə yığmasının üzvü Yunu Mallının yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi karyerasını Dortmund "Borussiya"sına keçir.
Bu barədə Almaniyanın tirajlı "Bild" qəzeti məlumat yayıb. Qəzet iddia edib ki, heç bir problem olmasa, Yunus Mallı şənbə günü Münhenqladbax "Borussiya"sı ilə keçiriləcək Bundesliqa matçında meydana çıxacaq.
"Bild"in xəbərində qeyd olunur ki, "Borussiya" bu transferə görə "Maynts 05"ə 13 milyon avro ödəyəcək. Futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Yunus Mallı karyerasına Münhenqladbax "Borussiya"sında başlayıb və 2011-ci ildə "Maynts 05"ə keçib. Almaniyanın aşağı yaş qruplarında oynamış futbolçu ötən ildən Türkiyənin A millisinə dəvət olunur. Fatih Terim onu Qətər və Yunanıstanla yoxlama oyunlarında meydana buraxıb.
Fanat.az