"Blekbern"in futbolçusu millimizə qarşı oynamaya bilər

"Blekbern"in futbolçusu millimizə qarşı oynamaya bilər

Şimali İrlandiya millisinin futbolçusu Korri Evans DÇ-2018-in seçmə mərhələsində millimizə qarşı matçda böyük ehtimalla oynamayacaq. 27 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindəki zədədən əziyyət çəkir.

İngiltərənin "Blekbern" klubunun üzvü yanvarın 2-dən bəri meydana çıxa biləməyib. "Blekbern"nin baş məşqçisi Toni Moubrey deyib ki, Evansın cərrahiyyə əməliyyatına ehtiyacı var: "Onun cari mövsümdə oynayacağına ümid etmək istərdik. Lakin Korrinin bərpası üçün azı 4-5 həftə lazımdır. Tələsmək düzgün deyil. O, proqrama uyğun bərpa olunmalıdır. Bir razılaşmışıq ki, Evans yayda da məşq edəcək. Onun kiçik cərrahiyyə əməliyyatına ehtiyacı var. Əvvəlki səviyyəsinə qayıtmaq üçün tam sağalmalıdır".

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya oyunu iyunun 10-da keçiriləcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər