"Başqa futbolçu olsaydı, dava salardım" - Şahin Diniyev

"Başqa futbolçu olsaydı, dava salardım" - Şahin Diniyev

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Moldova "Daçiya"sı ilə qolsuz bərabərlikdən sonra "Kəpəz"in baş məşqçisi Şahin Diniyev mətbuat konfransı keçirib. Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçuları ilə fəxr etdiyini bildirdi.  

- Komandanın qarşısına qoyulan vəzifələr yerinə yetirildi. İki vəzifə var idi: qol buraxmayıb, rəqib torunu silkələmək. Qol buraxmasaq da, rəqibi məyus edə bilmədik. Amma xoşbəxtəm. Çünki futbolçularımız xarakter göstərdi və 4-5 real qol imkanı yaratdıq. Düşünürəm ki, nə sizlərə, nə azarkeşlərimizə utanc gətirmədik. Qarşıda 9 gün vaxtımız var. Biz daha yaxşı oynayacağıq. "Daçiya" da layiqli komandadı. 

- Komandanız 60 dəqiqədən sonra dayandı. Bunu başa düşdük ki, fiziki cəhətdən yorulmuşdunuz. Axı, 85-ci dəqiqədən sonra yenidən hücum qurmağa başladınız! 

- Serjinyo, Nicat Qurbanov və Vüqar Bəybalayev yorulmuşdu. Bu üzdən də təqribən 20 dəqiqə ərzində təşəbbüs rəqibdə oldu. Ancaq əvəzetmələr etdik və yenidən oyuna nəzarəti ələ keçirdik. 

- Kərim Diniyevlə rəqibin prezidenti arasında yaşanan insident zamanı Şişxanova tərəf şığıdınız. Bu, atalıq instikti idi, yoxsa istənilən oyunçuya görə rəqib klubun prezidentinin üstünə gedərdiniz? 

- Kərim yox, başqa futbolçu olsaydı, bəlkə də dava salardım. 

- Rəqib komandanın baş məşqçisi funksiyasını klub prezidenti icra edirdi. Bu cür halla rastlaşmısınız? 

- Bir neçə il öncəyədək Azərbaycanda da bu cür hallara rast gəlmək olardı. Hər halda onların işinə müdaxilə etmək mənim tərəfdən etikadan kənar olar. 

- "Daçiya" gözlədiyimiz əjdaha təsiri bağışlamadı... 

- Razılaşmıram. Sadəcə, komanda rəqib imkan verdiyi qədər futbol oynayır. "Daçiya" kifayət qədər sanballı komandadı. Düşünürəm ki, 1-ci mərhələnin ən güclü komandalarından biridi. 

- Nəticəni ədalətli sayırsınızmı? 

- Belə deyək, oyuna görə hesabı ədalətli sayıram, qol epizodlarına görə isə biz qalib gəlməli idik.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər