“Barselona” PSJ-nin yarımmüdafiəçisi Marko Verrattidən əl çəkmir. Fanat.Az “Sport.es”ə istinadən xəbər verir ki, hazırda İbiza adasında istirahət edən futbolçu Fransa klubunu danışıqlara sövq edəcək.
“Barsa” təmsilçiləri onu yola gətirməyi bacarıb. Veratti İspaniya nəhənginə keçmək istəyini klub rəhbərliyinə özü çatdıracaq və həmin vaxt kataloniyalılar rəsmi təklif göndərəcək.
İş ondadı ki, PSJ-nin başqanı Nasser Əl-Xelayifi ilə danışıq aparmaq çox çətindi. Daha öncə Kataloniya klubu müdafiəçi Markinyosa görə müraciət etmiş və arzusu gözündə qalmışdı.
Fanat.Az