Qullit: "Xavi Niderland millisini köklərinə qaytarmaq üçün gəlib"

Qullit: "Xavi Niderland millisini köklərinə qaytarmaq üçün gəlib"

"Milan"ın və Niderland millisinin əfsanəvi futbolçusu Ruud Qullit ispan mütəxəssis Xavi Ernandesə tapşırılan yığmadan danışıb. Fanat.Az xəbər verir ki, "Marca" veteran futbolçunun dediklərini belə çatdırıb: "Milli komanda öz oyun tərzini dəyişib. Son dünya çempionatında beş müdafiəçi ilə oynadıq. Bu, necə mümkündür? Açığı, ciddi məyusluq keçirdim. Axı Niderland əvvəllər beşli müdafiə ilə oynamayıb. Xavi bizi köklərimizə qaytarmaq üçün gətirilib". Qeyd edək ki, Xavinin ilk rəsmi oyununda Niderland Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq. Niderlandda baş tutacaq oyun bu gün Bakı vaxtı ilə 22:45-də başlayacaq. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər