"Quardiola komandasında lider futbolçu istəmir, çünki..."

"Quardiola komandasında lider futbolçu istəmir, çünki..."

Fransa millisinin və "Mançester Yunayted"in keçmiş oyunçusu Patrik Evra Çempionlar Liqasında "Real Madrid"ə uduzaraq mübarizəni dayandıran "Mançester Siti"ni və baş məşqçi Pep Quardiolanı sərt tənqid edib.

Fanat.Az xəbər verir ki, bu barədə "Prime Video"ya danışan 40 yaşlı veteran futbolçu belə deyib:  

"Mançester Siti"nin liderlərə ehtiyacı var, amma Quardiola belə oyunçu istəmir. O, güclü şəxsiyyətə malik futbolçuları xoşlamır, çünki özünü yeganə lider hesab edir. Təbii ki, baş məşqçi əsas şəxs olmalıdır, amma komandaya meydanda da lider lazımdır. "Şəhərlilər"i çətin vəziyyətən xilas edəcək oyunçusu yoxdur. Quardiola meydançaya girib oynaya bilməz ki... Pep çətin xarakterli oyunçuların olmadığı komanda qurur. Heyətə baxanda bu, aydın görünür. O, komandada hər şeyi və hər kəsi özü idarə edir". 

Evra klubun fəlsəfəsinə də hücum edib: "Mançester Siti" PSJ kimi pula söykənən klubdur. Təbii ki, "Real"ın da pulu var. Amma Madrid klubunun böyük tarixi və ciddi uğurları var. MS-də isə ancaq pul və futbolçular var. Əksər futbolçular Mançester klubunu başqalarından daha çox pul ödədikləri üçün seçirlər".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər