"Quardiola futbola baxışımı dəyişdi" - Robert Levandovski 

"Quardiola futbola baxışımı dəyişdi" - Robert Levandovski 

"Barselona"nın yeni transferi Robert Levandovski "Bayern Münhen"də rəhbərliyi altında çıxış etdiyi Xosep Quardioladan danışıb. 

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, polşalı hücumçu hazırda "Mançester Siti"ni çalışdıran mütəxəssisin onun futbola baxışını dəyişdiyini deyib:

“"Bayern"də işlədiyi dönəmdə Quardiola ilə taktika barədə çox danışmışıq. Artıq mənim üçün istənilən taktiki sistemə uyğunlaşmaq daha asandır. O, mənim futbola baxışımı dəyişdi. Pepin sayəsində baş məşqçimiz Xavinin futbol fəlsəfəsini anlamaq mənə çətinlik yaratmayacaq”.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər