Quardiola fransız futbolçunu komandasında görmək istəyir

Quardiola fransız futbolçunu komandasında görmək istəyir
"Layptsiq"in müdafiəçisi Dayo Upamekano yayda komandadan ayrıla bilər.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, "Mançester Siti" Upamekano ilə ciddi şəkildə maraqlanır. Xüsusilə də baş məşqçi Pep Quardiolanın 21 yaşlı futbolçunu sərəncamında görmək istədiyi bildirilir.
Upamekano yayda komandanı tərk etmək istədiyini rəhbərliyin nəzərinə çatdırıb. Daha əvvəl onun adı "Barselona", "Milan" və "Liverpul"la yanaşı hallanırdı.
Fransız oyunçu cari mövsümdə Bundesliqada 21 matçda meydana çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər