"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimarayns İngiltərə Premyer Liqasının 26-cı turunda "Mançester Siti"yə 0:2 hesabı ilə uduzduqları matçdan sonra "şəhərlilər"in baş məşqçisindən danışıb.
Fanat.Az xəbər verir ki, "ESPN Brasil" onun dediklərini belə çatdırıb:
"Pep mənim yaxşı futbolçu olduğumu deyib? Bizim əla münasibətimiz var. Bir neçə dəfə söhbət etmişik. Mənim üçün Quardiola dahidir və futbol tarixinin ən yaxşı məşqçisidir".
Qeyd edək ki, 25 yaşlı Gimarayns 2022-ci ilin yanvarından "Nyukasl"ın formasını geyinir. Cari mövsüm "sağsağanlar"ın sıralarında 26 oyuna çıxan braziliyalı 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat