"Qorxurlar ki, nəsə deyərlər, təqaüdümüz kəsilər" - Veteran futbolçu

"Qorxurlar ki, nəsə deyərlər, təqaüdümüz kəsilər" - Veteran futbolçu
"Neftçi"nin sabiq futbolçusu, SSRİ idman ustası Arzu Mirzəyevin çətin günlər keçirdiyi barədə məlumat vermişdik. 
Sıxıntı yaşadığı günlərdə futbol veteranına Gəncənin idman adamları tərəfindən yardım göstərilib. 
 
Fanat.Az-ın məlumatına görə, bu barədə Sport7.az-a Arzu Mirzəyev özü məlumat verib:
"Bizim məktəbin müəllimləri - Nəcəfli Şahin, Verdiyev Orxan, Əliyev Elşan, təlimatçı Müşfiq müəllim, bir də sambo üzrə SSRİ idman ustası, məktəbin təlim işləri üzrə müdürü Ceyhun Bayramov  bu çətin günlərdə mənə yardım göstərdilər. İnsanın gündəlik yaşayışı üçün lazım olan nə varsa, evimin bütün ərzaq tədarükünü gətirdilər. Sizin vasitənizlə onlara təşəkkür etmək istəyirəm. Belə ağır günlərdə məni yada saldıqları üçün sağolsunlar. Bu məktəbdə işlədiyim vaxtdan onlar həmişə bir veteran futbolçu kimi mənə dəstək göstəriblər. Tam səmimi deyirəm. Bütün Gəncə camaatı da bunu bilir". 
Ancaq ölkə futbolunun ipi əlində olan AFFA-dan veterana hələ də yardım göstərilməyib:
"Vallah, AFFA tərəfindən heç kim axtarmayıb. Mənə köməklik göstərən Oqtay Abdullayev olub. O da maddi köməklik yox, iş barədə kimlərəsə xahiş edib ki, Arzu müəllim SSRİ idman ustasıdı, ona  köməklik göstərin. Və bir də Gəncədə "Dinamo" vaxtında qızıl medalçı olan Nürəddin Əliyevi qeyd etmək istərdim.
Amma Gəncə Veteranlar İttifaqının sədri tərəfindən mən indiyə kimi heç bir köməklik görməmişəm. Nəinki mən, Gəncədə olan heç bir veteran dəstək görməyib. 1 il bundan əvvəl Gəncədə veteranların iclası oldu. Oqtay Abdullayev də gəlmişdi. İclasda bizim ittifaqın sədri dedi ki, 12 il arxada qaldı,  biz təzədən başlayırıq. Biz nəyə başdan başlayırıq? Gəncədə veteranlar iclasda olanları çayçıda oturub muzakirə edirlər. Çünki bəziləri yüksək səviyyəli məmurların hesabına  AFFA-dan 180 manat pensiya alırlar. Və qorxurlar ki, Elxan Məmmədov barədə nəsə deyərlər, o da onların pulunu kəsər. Yəni, belə veteranlardı". 
Röya Kərimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər