"Qolları necə vurduğuna məəttəl qalmışdım" - Messi 16 yaşlı futbolçu haqda

"Qolları necə vurduğuna məəttəl qalmışdım" - Messi 16 yaşlı futbolçu haqda

"İnter Mayami"nin hücumçusu Lionel Messi sabiq komandasının - "Barselona"nın 16 yaşlı vunderkindi Lamin Yamaldan danışıb.

Fanat.Az xəbər verir ki, argentinalı superulduzun dediklərini "Xavi Era" belə çatdırıb:

"İnsanlar Yamalı bir neçə ay öncə tanımağa başlayıblar, amma mən onu 6 il öncədən tanıyıram. Həmin vaxt "La Masiya"da çıxış edirdi. "Madrid"ə bir oyunda 3 qol vurmuşdu. Mən həmin qolları necə vurduğuna məəttəl qalmışdım".

Qeyd edək ki, Yamal yetirməsi olduğu "Barselona"nın əsas komandasında 2023-cü ilin yayında qoşulub. Cari mövsüm Ktaloniya təmsilçisinin forması ilə bütün turnirlərdə 34 oyuna çıxan gənc futbolçu 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər