Qəzadan sağ qurtulan futbolçunun ilk sualı hamını kədərləndirdi

Qəzadan sağ qurtulan futbolçunun ilk sualı hamını kədərləndirdi

71 nəfərin öldüyü təyyarə qəzasından sağ çıxan və hazırda xəstəxana olan "Şapekoense"nin futbolçusu Neto ayılıb. 

Fanat.Az xəbər verir ki, 9 gün aparatlara bağlı yaşayan Neto dünən ilk dəfə özü nəfəs almağa başlayıb. 

Futbolçunun gözlərini açan kimi verdiyi suallar ürəkləri dağlayıb. 

Globo TV-sinin verdiyi xəbərə görə, Neto ayılan kimi həkimlərə "Oyunun hesabı neçə oldu? "Atletiko Nasional" uddu? Mən oyunda zədələnmişəm? suallarını verib. 

Həkim psixoloqlarla müzakirədən sonra baş vermiş hadisələri Netoya danışmamaq qərarına gəlib. 

Məsələ ilə bağlı açıqlama verən klubun fizioterapevti Karlon Mendonka, Netonun yeni bir şok yaşamaması üçün gerçəkləri ondan gizlətməyin doğru olduğunu deyib. Yaşanan hadisə ona zamanla deyiləcək. 

Xatırladaq ki, noyabrın 29-da içində "Şapekoense” klubunun üzvlərinin də olduğu təyyarə Kolumbiyanın Medelin şəhərinin yaxınlığında dağlıq bölgədə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 77 sərnişindən 71-i dünyasını dəyişib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər