Qəzadan sağ qurtulan futbolçu Braziliyaya qayıtdı

Qəzadan sağ qurtulan futbolçu Braziliyaya qayıtdı

Təyyarə qəzasından sağ çıxan "Şapekoense"nin futbolçusu Neto Braziliyaya qayıdıb. 

Sport7.az xəbər verir ki, o, vətəninə geri dönən sonuncu futbolçudur. Netodan əvvəl müdafiəçi Alan Ruşel və Cekson Folman Braziliyaya aparılıb. 

Qapıçı Folman əməliyyatdan sonra qabırğasının bərpası üçün San Paulu xəstəxanasına yerləşdirilib.

Neto Ruşel ilə yeni xəstəxanada qalacaq. Futbolçunun atası açıqlamasında oğlunun yenidən futbola qayıda biləcəyini söyləyib. 

Qeyd edək ki, Cənubi Amerika Futbol Konfederasiyası 5 dekabrda "Şapekoense"nin Cənubi Amerika kubokunun qalibi elan edib. Komanda yeni heyətlə ilk oyununu 29 yanvarda keçirəcək. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər