Qatil futbolçuya təklif göndərdi, sponsorlar qaçdı

Qatil futbolçuya təklif göndərdi, sponsorlar qaçdı

2010-cu ildə sevgilisi Eliza Samudionu öldürərək cəsədini itlərə yedizdirən Bruno Fernandesin həbsdən çıxması barədə xəbər vermişdik.  

Dəhşətli qətli törədərkən "Flamenqo"nun formasını geyinən və Dünya çempionatında Braziliya millisinin qapısını qorumağa ən real namizəd hesab olunan Bruno 3 il davam edən məhkəmədən sonra 2013-cü ildə 22 il azadlıqdan məhrum edilmişdi. Bu günlərdə isə prokuror qapıçının daha öncə cinayət törətməməsini və sabit adresdə yaşayaraq, sabit işinin olmasını nəzərə alaraq 7 illik həbs həyatından sonra onun azadlığa buraxılmasına qərar verib.

Fanat.Az xəbər verir ki, artıq Bruno Fernandesə təklif var. Belə ki, Braziliyanın 2-ci liqa klublarından "Boa Esporte" ona müqavilə təklif edib.

Amma bu təklif klubun başına əməlli-başlı dərd olub. Xəbərin mətbuata çıxması kluba qarşı genişmiqyaslı etirazlara səbəb olub. Artıq 2 firma "Boa Esporte" ilə imzaladığı müqaviləyə təktərəfli şəkildə xitam verib.

Klubun ən böyük sponsoru olan "Gois & Silva Holding" isə transfer rəsmiləşəcəyi halda sponsorluqdan imtina edəcəyini açıqlayıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər