Qatar qəzası: Futbolçu doğum günündə dünyasını dəyişdi

Qatar qəzası: Futbolçu doğum günündə dünyasını dəyişdi

Martın 1-də Yunanıstanda baş verən qatar qəzasında "AO Ypatos" klubunun futbolçusu da həyatını itirib.

Fanat.Az xəbər verir ki, 23 yaşı məhz martın 1-də tamam olan, başqa sözlə doğum günündə dünyasını dəyişən İordanis Adamakisin klubu ölüm faktını təsdiqləyib. 

Meyidlərin DNT analizi onlardan birinin bu günə qədər itkin düşmüş hesab olunan gənc forvara aid olduğunu üzə çıxarıb.  

Qeyd edək ki, qəzada 57 nəfər həyatını itirib, 48 yaralı var. Bundan başqa, 56 nəfərin hələ də itkin düşdüyü açıqlanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər