Qar futbolumuzu vurdu: daha 2 oyun təxirə salındı

Qar futbolumuzu vurdu: daha 2 oyun təxirə salındı

I divizionun daha iki oyunu təxirə salınıb. Fanat.Az xəbər verir ki, buna ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti olub.

Bu səbəbdən Peşəkar Futbol Liqası "Ağsu" - "Bakılı" və "Energetik" - MOİK qarşılaşmalarını təxirə salıb. Hər iki matç fevralın 27-nə təyin edilib.

Bu gün baş tutacaq yeganə oyunun - "Şərurspor" - "Şəmkir" matçının isə yeri dəyişdirilib. Saat 15.00-dabaşlayacaq qarşılaşma "Bakı" klubunun təlim-məşq bazasında keçrilməli olsa da, matç süni örtüklü "Bayıl Arena"ya təyin olunub.

Qeyd edək ki, PFL dünən “Göyəzən” - “Qaradağ Lökbatan” və “Şahdağ” - “Zaqatala” matçları təxirə salmışdı. Həmingörüşlər də fevralın 27-də baş tutacaq.

Sabah keçrilməli olan "Turan Tovuz" - "Rəvan" və "Səbail" - "Mil-Muğan" oyunları ilə bağlı hələ qərar verilməyib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər