Qanalı polis qoruduğu milli komandanın futbolçusu oldu

Qanalı polis qoruduğu milli komandanın futbolçusu oldu

Qanada polis işləyən Samuel Sarfo ötən illərdə mühafizəçisi olduğu milli komandanın futbolçusuna çevrilib.

Fanat.Az BBC-yə istinadən xəbər verir ki, o, artıq ABŞ-la baş tutan yoxlama oyununda debüt edib. Sarfa 81-ci dəqiqədə meydana çıxıb və mərkəz müdafiəçisi mövqeyində oynayıb.

26 yaşlı futbolçu arzularının çin olduğunu bildirib. Milli komandaya çağırılsa da, polis karyerasını davam etdirən Samuelin arzusu peşəkar fubolçu olmaqdı.

Sarfo komandanın futbolçuları ilə birlikdə böyüdüyünü, milli üzvlərindən böyük dəstək gördüyünü, xüsusilə, kapitan Asamoah Qyanın onu daim məşqə qoşulmağa dəvət etdiyini söyləyib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər