Bu gün Rusiya və Qana yığmaları arasında yoldaşlıq oyunu keçirilib. Fanat.Az xəbər verir ki, görüşü azərbaycanlı FIFA hakimi Əliyar Ağayev idarə edib.
Matç 1:0 hesabı ilə rusların xeyrinə başa çatıb. Yeganə qolu 20-ci dəqiqədə Fyodor Smolnikov vurub.
Azərbaycanlı referinin bəzi qərarları qanalı futbolçular tərəfindən etirazla qarşılanıb. Afrika təmsilçisi iki dəfə topu boş qapıdan çıxardıqları vaxt qolun olub-olmadığı mübahisə mövzusuna çevrilib. Eyni zamanda bir epizodda qonaq komanda penalti tələb etdiyi halda, baş hakimin fiti susub.
Ağayev 2 dəfə sarı vərəqəyə əl atıb. 53-cü dəqiqədə Qana millisindən Con Boye, 81-ci dəqiqədə Rusiya yığmasından Roman Zobnin cəzalanıb.
Qeyd edək ki, Moskvadakı "Lokomotiv” stadionunda keçirilən görüşdə Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edib.
Fanat.Az