Qalmaqal: Rusiya millisinin sabiq futbolçusu hakimi döydü

Qalmaqal: Rusiya millisinin sabiq futbolçusu hakimi döydü
Rusiya millisinin sabiq kapitanı Roman Şirokov xoşagəlməz hadisə ilə diqqət mərkəzinə düşüb.
Fanat.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi oyun zamanı hakimi döyüb.
 
"Sport-Express" nəşrinin məlumatına görə, veteran futbolçu həvəskar komandaların oyunu zamanı baş hakim Nikita Dançenkova hücum çəkib və onu vurub.
Referi veteran yarımmüdafiəçinin zərbəsindən yerə yıxılıb və ona tibbi yardım göstərilib. Hadisəni şərh edən hakim ciddi xəsarət almadığını söyləyib: "İndi danışmaq istəmirəm. Səhhətimlə bağlı hər şey yaxşıdır. Yaşayacağam".
 
Futbolçu hərəkətinə görə üzr istəyib.
 
Qeyd edək ki, Roman Şirokov 2008-2016-cı illərdə Rusiya millisinin heyətində 50-dən çox oyun keçirib.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər