"Qalatasaray"ın ulduz futbolçusu Hadisədən nə istəyib? - İkardinin acığına...

"Qalatasaray"ın ulduz futbolçusu Hadisədən nə istəyib? - İkardinin acığına...

Çempionluğa yaxın olan “Qalatasaray”ın ulduz futbolçuları bu mövsüm meydandankənar davranışları ilə də diqqət çəkir.

Fanat.Az "Milliyet"e istinadən xəbər verir ki, belçikalı Dris Mertens Türkiyənin gözəl müğənnisi Hadisəni tribunalara cəlb etməyi bacarıb.   

"Sarı-qırmızılar"ın matçlarını yaxından izləyən Belçika əsilli müğənni futbolçu və həyat yoldaşı ilə yaxın dostdur. 

Mənbənin məlumatına görə, Mertens Hadisədən özü üçün mahnı istəyib. Ulduz futbolçunun hazırda "Qalatasaray"da sevilən və Simgenin "Aşkın olayım" mahnısı ilə tanınan Mario İkardiyə paxılıllıq etdiyi bildirilir. Məhz buna görə Mertens yaxın dostundan onun üçün xüsusi mahnı hazırlamasını xahiş edib. Hadisə hələ cavab verməsə də, Mertensin çox israr etdiyi bildirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər