“Qalatasaray”ın sabiq futbolçusu həbs olunub

“Qalatasaray”ın sabiq futbolçusu həbs olunub
Uels milli komandasının və Türkiyənin "Qalatasaray” klubunun sabiq futbolçusu Din Sonders həbs olunub. 
Fanat.az xəbər verir ki, 55 yaşlı futbol veteranı 10 həftə azadlıqdan məhrum edilib. 
Buna D. Sondersin orqanizmində alkaqolun olması ilə bağlı testdən keçməkdən imtinası səbəb olub. 
Hələ 3 ay öncə onun avtomobili polislər tərəfindən saxlanılıb. Asayiş keşikçiləri sabiq futbolçunun içkili olmasından şübhələniblər. Lakin uelsli yoxlanışdan keçməkdən yayınıb. O, 10 həftə həbslə yanaşı, azadlığa çıxdıqdan sonra 30 ay sürücülük hüququndan da məhrum olub.
Qeyd edək ki, D. Sonders "Benfika” və "Liverpul”da da oynayıb. (APA)
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər