"Qalatasaray"ın istədiyi futbolçunu İtaliya nəhəngi heyətinə qatır

"Qalatasaray"ın istədiyi futbolçunu İtaliya nəhəngi heyətinə qatır

"Lester"dən azad agent qismində ayrılan belçikalı yarımmüdafiəçisi Yuri Tilemans karyerasını İtaliya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az-ın məlumatına görə, informasiyanı jurnalist Daniele Lonqo yayıb.

Xəbərə görə, "Milan"ın icraçı direktoru Corcio Furlani Tilemansın agenti ilə əlaqə saxlayıb. Mənbə "Qalatasaray", "Aston Villa" və "Roma"nın da rənglərinə bağlamağa çalışdığı futbolçunun "Milan"da oynamaq variantını daha üstün tutduğunu və hazırda danışıqların davam etdirildiyini vurğulayıb.

Qeyd edək ki, "Lester" Yurini 2019-cu ildə, 45 milyon avro qarşılığında "Monako"dan almışdı. Son mövsümdə "tülkülər"in forması ilə bütün turnirlərdə 37 matça çıxan Belçika millisinin üzvü 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər