"Qalatasaray"ın futbolçusunun ağciyəri zədələndi

"Qalatasaray"ın futbolçusunun ağciyəri zədələndi
Çempionlar Liqasının III turunda ötən axşam Almaniyanın "Şalke 04" klubunu qəbul edən (0:) "Qalatsaray"ın futbolçusu Yuto Naqatomo zədələnib.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytı yapon futbolçunun vəziyyəti ilə bağlı açıqlama yayıb. Bildirilib ki, 32 yaşlı cinah müdafiəçisinin ağciyəri zədələnib. Qarşılaşmanın 81-ci dəqiqəsində top güclü zərbədən sonra Yutonun sinəsinə dəyib. Daha sonra futbolçu xəstəxanaya aparılıb. Onun yerinə meydana Ömər Bayram daxil olub. 
Təcrübəli futbolçunun bir neçə gün xəstəxanada qalacağı açıqlanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər