"Qalatasaray"ın futbolçusunu ələ saldılar

"Qalatasaray"ın futbolçusunu ələ saldılar

İcarə əsasında "Qalatasaray"da çıxış edən fransalı yarımmüdafiəçi Tanqi Ndombele artıq çəkisi ilə yenidən İngiltərə mətbuatının gündəminə gəlib.

Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.

Mənbə Ndombele barədə "65 milyon funt-sterlinqlik "Tottenhem"in fiaskosunun yeni görüntüləri" başlığı ilə yazı hazırlayıb.

Sözügedən oyunçu cari mövsüm İstanbul təmsilçisinin forması ilə 385 dəqiqə meydanda olub.

Qeyd edək ki, "aslanlar" artıq Ndombelenin icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün Hotspur klubu ilə danışıqlara başlayıblar.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər