"Qalatasaray"ın futbolçusuna 41 milyonluq təklif: danışıqlar başladı

"Qalatasaray"ın futbolçusuna 41 milyonluq təklif: danışıqlar başladı
"Qalatasaray"ın futbolçusu Badu Ndiaye İngiltərənin Premyer Liqa təmsilçilərinin maraq dairəsindədi. Fanat.Az xəbər verir ki, "Stok Siti", "Kristal Palas" və "Uatford"dan sonra "Nyukasl" da seneqallı futbolçunu heyətinə qatmaq istəyir.
"Daily Mail"in iddiasına görə, "Nyukasl" rəhbərliyi artıq transfer danışıqlarına start verib. Baş məşqçi Rafael Benitesin israrla istədiyi 27 yaşlı yarımmüdafiəçi üçün ingilislər "Qalatasaray"a 20 milyon avro (41 milyon 654 min manat) təklif edir.
Qeyd edək ki, "Qalatasaray" Ndiayeni yayda "Osmanlıspor"dan 7,5 milyon avroya alıb. Futbolçu İstanbul klubunda 16 oyun keçirərək 1 qol vurub və 2 qol ötürməsi verib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər