"Qalatasaray"ın futbolçusu qəzaya düşdü

"Qalatasaray"ın futbolçusu qəzaya düşdü

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz avtomobil qəzasına düşüb.

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə oyunçunu doğulduğu Rizəyə gedən zaman Giresun bölgəsinin Görele rayonunda baş verib.

Qəza zamanı toqquşan hər iki maşına ziyan dəyib. Yılmaz qəzada xəsarət almayıb. Digər sürücü isə yüngül zədələrə görə xəstəxanaya yerləşdirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər