"Qalatasaray"ın futbolçusu Avropa nəhənginə keçə bilər - SON DURUM

"Qalatasaray"ın futbolçusu Avropa nəhənginə keçə bilər - SON DURUM

"Qalatasaray"ın sağ cinah müdafiəçisi Saşa Boe karyerasını Avropa nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sport Germany" yayıb.

Xəbərə görə, onun xidmətində "Bayern Münhen" maraqlıdır. Mənbə Münhen təmsilçisinin PSJ-nin futbolçusu Nordi Mukieleni transfer edə bilməyəcəyi halda, "Qalatasaray"a rəsmi təklif göndərəcəyini vurğulayıb. 

23 yaşlı Boe 2021-ci ilin yayından "Qalatasaray"ın uğurları üçün çalışır. Arxa xətt oyunçusunun İstanbul təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədər nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər