"Qalatasaray"da yeni hücumçu: Bosniyalı futbolçunun ay-ulduz döyməsinin sirri

"Qalatasaray"da yeni hücumçu: Bosniyalı futbolçunun ay-ulduz döyməsinin sirri

"Qalatasaray" "Benfika"nın hücumçu Haris Seferoviçin transferini rəsmən açıqlayıb.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi Bosniya və Herseqovina əsilli isveçrəli futbolçunu satınalma hüququ ilə icarəyə götürüb. 

Forvardın keçmiş klubuna 1 milyon avro icarə haqqı ödəniləcək. Satınalma baş tutarsa, "Benfika" daha 2,5 milyon avro qazanacaq. Haris Seferoviç özü isə 2022/2023 mövsümündə 2,3 milyon avro məvacib əldə edəcək. 

İmza mərasimindən sonra Seferoviç klubun televiziyasına açıqlama verib. Forvard qolundakı ay-ulduzlu döyməsinin də sirrini açıb: 

"İstanbul kimi gözəl bir şəhərə və "Qalatasaray" kimi böyük kluba gəldiyim üçün çox xoşbəxtəm. Ailəmlə birlikdə bu gözəl şəhərdə yaşayacağım üçün çox həyəcanlıyam. Mən bosniyalı olduğum üçün müsəlmanam və ay-ulduz İslamı təmsil etdiyi üçün bu tatunu döydürmüşəm. Mən əvvəllər bu stadionda oynamışam. Stadion dolu olmasa da, atmosfer əla idi. Azarkeşlərin qarşısına çıxmaq üçün səbirsizlənirəm. “Qalatasaray” həmişə çempionluq üçün oynayan böyük klubdur. Məşqlərdə yaxşı çalışıb çempionluq uğrunda mübarizə aparmaq istəyirik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər