"Qalatasaray"da ara qarışdı: Ulduz futbolçu Fatih Terimi özündən çıxartdı

"Qalatasaray"da ara qarışdı: Ulduz futbolçu Fatih Terimi özündən çıxartdı

"Qalatasaray"da Mbaye Diagne ilə bağlı qalmaqal yaşanır. Bir neçə gün öncə baş məşqçi Fatih Terimin onu yox, Halil Dervişoğlunu oynatmasına işarə edərək sosial media hesabında "Anladıq o sənin oğlundur, amma məndən kimsə istifadə edə bilməz" paylaşımı etmişdi. Lakin qısa müddət sonra paylaşımını silmişdi.

Fanat.Az xəbər verir ki, son olaraq "Alanyaspor"la oyunun heyətinə salınmayan seneqallı hücumçunun kənarda qalmasının səbəbi müəyyənləşib. "Sabah"ın xəbərinə görə, buna səbəb "Trabzonspor"la oyundan əvvəl baş verənlər olub.

Belə ki, Diagne Trabzona səfər edəcək komandanın avtobusunun 17.00-da Floriya bazasından hərəkət edəcəyini bilsə də, otağından çıxmayıb. Avtobus 17.05-ə qədər gözləyib, daha sonra Fatih Terim seneqallı futbolçunu götürmədən hava limanına getməyi tapşırıb. Diagne isə şəxsi avtomobili ilə aeroporta yollanıb və komandaya qoşulub.

Bu səbəbdən Fatih Terim ona "Latsio" və "Alanyaspor" matçlarında oynamaq şansı verməyib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər